Sumqayıtda dolu yağır - Faktiki hava

16:04 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 26-sı saat 15:20-yə olan məlumata əsasən, hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.